» » » Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-lara müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-lara müraciət edib

posted in: Xəbər | 0
birbank biznes

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-lara müraciət edib

vergi güzəştləri turizmKOBİA-dan verilən məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların böhranın idarəedilməsi ilə bağlı bilik və bacarıqlarının artırılması üçün məlumat platforması yaradıb. Sahibkarlar “https://www.ebrdknowhowacademy.com” saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq interaktiv təlimlərdə iştirak edə, böhrandan çıxış yolları ilə bağlı ekspertlərin fikirlərini əks etdirən videomaterialları izləyə, banklar tərəfindən KOB-lara təklif olunan dəstək və resurslara dair müvafiq məlumatlar əldə edə bilərlər.

Azərbaycanla yanaşı, 30 ölkənin istifadə etdiyi platformada materiallar müxtəlif dillərdə, o cümlədən rus, ingilis və türk dillərində təqdim ediləcək.
Ətraflı məlumat üçün – Linara Əliyeva (+994 12) 497 10 14/15/17/18, e-poçt: “aliyevaL@ebrd.com”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun