» » » Rusiyalılar iş yerini seçərkən əsas amilləri açıqlayıblar

Rusiyalılar iş yerini seçərkən əsas amilləri açıqlayıblar

posted in: Xəbər | 0
birbank biznes

iş yeri , yeni məhsullar Maliyyə lizinqi“Rabota.ru” xidmətinin sorğusu: rusiyalıların 59 faizi iş yerini seçərkən başlıca amil kimi stabilliyi qeyd ediblər

“Rabota.ru” xidmətinin keçirdiyi sorğu zamanı rusiyalılar iş yerini seçərkən başlıca amilləri açıqlayıblar. Belə ki, respondentlərin yarıdan çoxu (59 faiz) əsas kriteriya kimi stabilliyi qeyd ediblər. Halbuki 2021-ci ildə həmin bəndi 46 faiz respondent qeyd etmişdi. Bu haqda RİA Novosti agentliyi xəbər verib.

“İşçi qəbul edən şirkətlərdə stabillik 2022-ci ildə işaxtaranlar üçün öz əhəmiyyətinə görə birinci yerə çıxıb ki, bu da koronovirus pandemiyasının nəticəsi kimi qeyd oluna bilər. Əmək bazarı nəzərəçarpacaq dərəcədə dəyişir, keçən ilin sonuna qədər o, əsasən qazanc məqsədilə məhdudlaşırdısa, indi iş axtararkən yalnız pul qazanmaq imkanlarına deyil, həm də əmək şəraitinə daha çox diqqət yetirirlər” – “Rabota.ru” xidmətinin məhsullar üzrə direktoru Yevgeniy Bobkov qeyd edib.

Eyni zamanda, respondentlərin 56 faizi üçün yüksək əməkhaqqı vacib olaraq qalır, iş axtaranların 30 faizi üçün rahat iş şəraiti, 27 faizi üçün isə iş yerinin harada yerləşməsi, 25 faizindən ötrü isə komanda amili mühüm əhəmiyyət kəsb edir.

Rusiyalıların 19 faizi üçün yaxşı rəhbər amili, 14 faiz respondentdən ötrü isə çevik iş qrafiki variantları daha vacib hesab olunur. 13 faiz işaxtaran üçün peşəkar yüksəliş, 12 faiz respondent üçün isə məsafədən işləmək daha prinsipiallıq kəsb edir.

Sosial paket və qeyri-maddi bonuslar (yeddi faiz), maraqlı tapşırıqlar (altı faiz), cəmiyyətə fayda vermək imkanı (dörd faiz) və sürətli karyera artımı (üç faiz) sorğu iştirakçılarını daha az dərəcədə maraqlandırır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun