Azərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.
İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günüilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 oktyabr 2022-ci il
Mənbə: nk.gov.az