İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi “Baker Tilly Audit Azərbaycan” QSC-dir.
Qalib şirkətə 37 760 manat ödəniləcək.
Ötən il də bu sorğunun qalibi “Baker Tilly Audit Azərbaycan” olub. Şirkətə 38 940 manat ödənilib.
Mənbə: report.az
