Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsus “İnnovasiyalar Mərkəzi” MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak haqqı 45 manatdır.
İddiaçılar təkliflərini mayın 1-nə qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 1-də, saat 17:01-də qeyd olunan ünvanda baxılacaq.
Mənbə: report.az
