» » » İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarında dəyişiklik edilib

İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarında dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” 2017-ci il 12 iyun tarixli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na bir sıra əhəmiyyətli dəyişikliklər olunub və yeni Əlavələr təsdiq edilib.

Bu qaydalar Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsini müəyyənləşdirir.

Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən ötən dövrlərdə mütəmadi olaraq “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın tətbiqi ilə bağlı rezidentlərin və qeyri-rezidentlərin rastlaşdıqları çətinliklər araşdırılıb. Bununla bağlı, beynəlxalq müqavilələrin tətbiqi ilə bağlı bir sıra dövlətlərin təcrübəsi nəzərdən keçirilib və müvafiq qərarla inzibatçılıq qaydalarına əlavə və dəyişikliklər edilib.

Eyni zamanda, yeni dəyişikliklərdə beynəlxalq müqavilələrdən sui-istifadə hallarının qarşısının alınması, əvvəlcədən vergidən azadolmanın və ya məhdud vergitutmanın tətbiqi ilə bağlı prosedurun sadələşdirilməsi və faktiki sahibliyin müəyyən olunması şərtləri ilə bağlı yeni müddəalar öz əksini tapıb.


Vergi güzəşti verilən fiziki şəxslər üçün şərtlər asanlaşdırılıb


Müvafiq qaydalarla həmçinin DTA (Double Taxation Agreements) formaları – Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş beynəlxalq müqavilələr əsasında, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məqsədilə rezident və (və ya) qeyri-rezident tərəfindən təqdim edilən ərizə formaları da təsdiq edilib. DTA ərizələrinin 5 forması mövcuddur. Ərizə formalarının hər birinin vahid nümunəsi Qaydaların əlavələri ilə müəyyən edilib.

Qaydalar, eləcə də DTA formaları ilə Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında aşağıdakı linkdə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/ikiqat-vergitutmanin-aradan-qaldirilmasi-haqqinda-beynelxalq-muqavilelerin-inzibatciligi-qaydalari


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun