» » » İdman yarışından əldə edilən pul mükafatı vergiyə cəlb olunurmu?

İdman yarışından əldə edilən pul mükafatı vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0
1 günə girovsuz və zaminsiz sürətli kredit

2023-cü ildə Rusiyada keçirilmiş Bədii gimnastika üzrə dünya çempionatında təşkilatçı tərəfindən (Beynəlxalq Gimnastika Federasiyası) 10.000 dollar məbləğində mükafata layiq görülmüşəm. Bu ödənişdən vergi ödəmək öhdəliyim varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50.000 manatadək gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, beynəlxalq yarışdan əldə etdiyiniz mükafatın tam dəyəri gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.15-ci maddəsi

Mənbə – Vergiler.az