» » » Hüquqi şəxsin torpaq vergisi üzrə öhdəlikləri

Hüquqi şəxsin torpaq vergisi üzrə öhdəlikləri

posted in: Xəbər | 0
birbank biznes

kompensasiya , Maliyyə analitiki, Vakansiya, İnsan resursları, əməkhaqqı üzrə KöməkçiHüquqi şəxslər tərəfindən icarəyə götürülmüş dövlət torpaqlarına görə illik icarə haqqı ödənilir. Həmin torpaq sahələrinə görə hüquqi şəxsin torpaq vergisi üzrə öhdəliyi yaranırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

“Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Qeyd olunanlara əsasən bildiririk ki, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci maddələri və “Torpaq icarəsi haqqında” Qanun.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun