» » » Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi auditor seçir

posted in: Xəbər | 0

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi audit xidməti üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 14 manatdır.

İddiaçılar təkliflərini aprelin 22-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117C ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 22-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mənbə: report.az

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib