» » » Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarında kiçik dəyişiklik edilib

Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarında kiçik dəyişiklik edilib

posted in: Müavinət, Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 605
Bakı şəhəri, 28 dekabr 2017-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il
24 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqqı
ödənilən ictimai işlərin təşkili Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bəndə “işaxtaran” sözündən sonra “və ya işsiz” sözləri əlavə edilsin;
1.2. 2.7-ci bənd üzrə:
1.2.1. birinci hissənin ikinci cümləsində “işsizlik müavinəti (təqaüd)” sözləri “işsizlikdən sığorta ödənişi” sözləri ilə əvəz edilsin;

1.2.2. ikinci hissəyə “Əmək qanunvericiliyi” sözlərindən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilsin və həmin hissədən “, habelə işsizlik müavinəti almaq hüququ” sözləri çıxarılsın;
1.3. 3.1-ci bənddə “dövlət büdcəsinin vəsaitinin cəlb edilməsi” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr” sözləri ilə əvəz edilsin;
1.4. 3.2-ci bənd ləğv edilsin;
1.5. 3.3-cü bənddə “İctimai işlərin görülməsi üçün dövlət büdcəsinin vəsaitinin cəlb edildiyi hallarda” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilən mənbələr hesabına” sözləri ilə əvəz edilsin;
1.6. Qaydalara əlavə – “Ərazi məşğulluq proqramına uyğun
______rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq arayış”ın cədvəlində “Ümumi işin həcmində dotasiyanın ödənilən hissəsi” sütunu ləğv edilsin.
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                     Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published.