» » » Gilan Holding Maliyyə Departamentində Təcrübəçi axtarır

Gilan Holding Maliyyə Departamentində Təcrübəçi axtarır

posted in: İş elanı, Maliyyə, Xəbər | 0
birbank biznes

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Öhdəliklər:

  • Biznes vahidlərindən aylıq maliyyə hesabatlarının toplanması və hesablanması;
  • Holding üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında köməkliyin göstərilməsi;
  • Tələb olunduğu halda maliyyə təhlili və digər maliyyə layihələri ilə bağlı rəhbərliyə köməkliyin göstərilməsi;
  • Maliyyə təhlili və biznes vahidləri hesabat imkanlarını artırmaq üçün bölmə rəhbərliyi ilə sıx əməkdaşlığın qurulması;
  • Hesabat üzrə Aparıcı Mütəxəssislər və Maliyyə Menecerləri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizəddə tələblər:

  • Maliyyə ixtisaslı 4 illik ali təhsilli tələbələr və ya ali təhsilini bitirmiş şəxslər;
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi;
  • MS ofis proqramlarının istifadəçisi;
  • ACCA F2,F3 və ya CIMA C01, C02 və yaxud CFA (1-ci dərəcə) arzuolunandır;
  • Qısa müddətdə öyrənmək bacarığı.

Dillər: 

  • Azərbaycan – Ana dili
  • İngilis – Əla
  • Rus – Əla

Mənbə: gilanholding.com

hr.gilanholding.com e-mail ünvanı ilə və ya gilanholding.com/careers/vacancies/ linkinə daxil olaraq müvafiq vakansiya üzrə CV-nizi göndərə bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.