» » » Foreksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?

Foreksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?

posted in: Xəbər | 0

Mən hazırda əmək müqaviləsi əsasında istehsalat müəssisəsində işləyirəm və əməkhaqqımdan məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur. Əsas iş yerimi saxlayaraq forekslə məşğul olmaq üçün fiziki şəxs kimi uçota alınaraq VÖEN alsam həmin əməliyyatlardan əldə etdiyim gəlirlərdən gəlir vergisindən əlavə, sosial ödənişləri (MDSS, İTS) yenidən ödəməli olacağam, yoxsa bu ödənişlərdən azad edilirəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, foreks əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN almalı və əldə edilən gəlirdən, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) – əməkhaqqından başqa, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri hesab olunur.

Həmçinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 12-ci bəndinə əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Biznes hesabi

Bildirilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına uyğun olaraq, Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.

Göründüyü kimi, foreks əməliyyatlarından gəlir əldə edən şəxsin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 99.3-cü maddəsi, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunları

Mənbə: vergiler.az

Hansı halda əlavə vergilərin hesablanmasına yol verilmir?