» » » Fiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər?

Fiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər?

posted in: Xəbər | 0

Vergi ödəyicisi olub-olmadığım barədə məlumatı necə əldə edə bilərəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaşlar “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərlər.

https://new.e-taxes.gov.az/etaxes/services/taxpayer-info

Qeyd olunub ki, “Ada görə” axtarış zamanı adınızda hərf səhvi olmamalıdır. Adınızın hər bir hərfi böyük hərflərlə yazılmalıdır. Hər ad özünə uyğun bölmədə yazılmalıdır. Məsələn, “ƏLİ – ƏLİYEV – ƏKBƏR”

Biznes hesabi

Mənbə: vergiler.az