» » » Fərdi sahibkarın istifadə etdiyi əmlakların vergiyə cəlb olunması

Fərdi sahibkarın istifadə etdiyi əmlakların vergiyə cəlb olunması

posted in: Xəbər | 0
birbank biznes

əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuSahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin bu məqsədlə istifadə etdiyi və öz adına olan qeyri-yaşayış sahəsi Sabail rayonunda yaşayış binasında yerləşir. İstifadə olunan əsas vəsait hansı qiymətdən vergiyə cəlb edilməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, binalar istisna olmaqla, fərdi sahibkarların balansında olan əsas vəsaitlərə görə əmlak vergisi dövlət büdcəsinə ödənilir. Fərdi sahibkarın xüsusi mükiyyətində olan binalara görə əmlak vergisinin hesablanıb ödənilməsi mexanizmində hər hansı dəyişiklik yoxdur və fərdi sahibkarın mülkiyyətində olan binalara, o cümlədən qeyri-yaşayış sahəsinə görə əmlak vergisi əvvəlki qaydada bələdiyyə tərəfindən təqdim edilmiş tədiyyə bildirişi əsasında bələdiyyə büdcəsinə ödənilir.

Yuxarıda qeyd edildiyi kimi, fərdi sahibkarlar balansında olan əsas vəsaitlərə (binalar istisna olmaqla) görə əmlak vergisini dövlət büdcəsinə ödəməlidir. Bu zaman fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi hesablanır.

Bununla yanaşı, mikro sahibkarlıq subyekti hesab olunduğunuz halda (illik gəlirləriniz 200.000 manatdan, işçi sayı 10 nəfərdən çox olmadığı halda) Vergi Məcəlləsinin 199.14-cü maddəsinin müddəalarına uyğun olaraq, əmlak vergisi üzrə vergi öhdəlikləriniz yaranmır. Belə ki, Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Əsas: Vergi Məcəlləsinin 196 və 202-ci maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun