» » » Əmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır?

Əmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır?

posted in: Xəbər | 0

Şəxs özünə məxsus obyekti icarə müqaviləsi ilə başqa şəxsə icarəyə verib. Müqavilədə həm icarəyə verənin, həm də icarəyə götürənin VÖEN-i qeyd edilib. İcarəyə verənin VÖEN-nin əsas fəaliyyət növü icarə olmasa da (o, əvvəllər həmin VÖEN-lə başqa obyektdə ticarətlə məşğul olub), bu hal sahibkarlıq fəaliyyəti hesab edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 150.1.6-cı maddəsində bildirilib ki, 124-cü, 125-ci və ya 126-cı maddələrdə nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutulmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Sorğuda qeyd olunan halda rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Bu halda əmlakını icarəyə verən fiziki şəxsin hər hansı vergi ödənişi etmək və ya hesabat təqdim etmək öhdəliyi yaranmır.

Biznes hesabi

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 124-cü, 150.1.6-cı maddələri

Mənbə: vergiler.az

İctimai iaşə sahibkarları üçün ƏDV güzəşti nə qədərdir?