» » » Əlilliyi olan şəxslərin çalışdığı müəssisəyə mənfəət vergisi güzəşti necə müəyyənləşdirilir?

Əlilliyi olan şəxslərin çalışdığı müəssisəyə mənfəət vergisi güzəşti necə müəyyənləşdirilir?

posted in: Xəbər | 0
birbank biznes

mənfəət vergisi güzəştiAzərbaycanın vergi sistemində təkmilləşdirmələrdən biri də keçən il Vergi Məcəlləsinin 106-cı maddəsində edilmiş dəyişiklikdir. Mövzunu Business Service Centre şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə mütəxəssisi Anar Məmmədov şərh edir.

Vergi Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılıb.

22 iyun 2021-ci il tarixinədək həmin maddənin mətni belə idi: “Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud olan 18 yaşınadək olan uşaqlardan ibarət olan istehsal müəssisələrinin mənfəət vergisi 50 faiz azaldılır”. Dəyişiklik nəticəsində bu maddədən “sağlamlıq imkanları məhdud olan 18 yaşınadək olan uşaqlar” sözləri çıxarılıb.

Misal. Tutaq ki, dəyişikliyə qədər müəssisənin 20 işçisi olub və onlardan 6 nəfəri əlilliyi olan şəxs, 4 nəfəri isə sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlardır. Bu halda müəssisənin mənfəət vergisi 50 faiz azaldılırdı.

((6+4) x 100 %) : 20 = 50%

Müəssisənin 2020-ci ildə 15.000 manat mənfəəti olmuşdusa, mənfəət vergisi:

15.000 x 20% = 3.000 manat

3.000 x 50% = 1500 manat.

Dəyişiklikdən sonra sağlamlıq imkanları məhdud olan müəssisənin mənfəət vergisinə edilən güzəştdə 18 yaşınadək uşaqlar nəzərə alınmır. Yəni baxdığımız misalda azadetmə üçün yalnız əlilliyi olan şəxslər meyar kimi götürülür:

(6 x 100 %) : 20 = 30%.

Müəssisənin 2021-ci ildə 15.000 manat mənfəəti olmuşdursa, mənfəət vergisi:

15.000 x 20% = 3.000 manat olacaq.

Beləliklə, 6 nəfər əlilliyi olan işçinin çalışdığı müəssisənin mənfəət vergisi 3.000 manat təşkil edir. Əgər əlilliyi olan işçilərin sayı 10 nəfər olarsa, müəssisənin mənfəət vergisinin məbləği 50% azaldılır.

Mənbə: vergiler.az


Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN açdıra bilərmi?