» » » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 205 nəfəri işə qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 205 nəfəri işə qəbul edib

posted in: Xəbər | 0

işə qəbulSon üç ay ərzində 205 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul olunub

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə 7-8, 13 fevral və 9 iyulda müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanları edilib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu elanlarda nazirlik üzrə təqdim olunan, ümumilikdə, 703 vakant yerə iddia edənlər arasından 381 namizəd seçilib. Son üç ayda onlardan 205 nəfəri nazirliyin aparatında, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində və onların yerli struktur bölmələrində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunublar. Onlardan böyük əksəriyyətini gənclər təşkil edir.

Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrdə uğur qazanmış digər şəxslərin də nazirlik sistemində işə qəbulu prosesi davam etdirilir.

Biznes hesabi

Mənbə: azertag.az