» » » ƏDV-nin bir hissəsinin geri qaytarılması hansı mallara aiddir?

ƏDV-nin bir hissəsinin geri qaytarılması hansı mallara aiddir?

posted in: Xəbər | 0

Aldığım alkoqollu ickinin qəbzini qeydiyyatdan keçirərkən qeyd olunur ki, alkoqollu içkilər və tütün məmulatlarına ƏDV geri qaytarılmır. ƏDV-nin bir hissəsinin geri qaytarılması hansı mallara aiddir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müvafiq qaydada qaytarılması Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə aid edilir.

Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Mənbə: vergiler.az

Nəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?