Sual: ƏDV ödəyicisi olan topdansatış firması ay ərzində satdığı malların e-qaiməsini yazmadan, adi qaimə ilə satış həyata keçirərək və dövriyyəsini göstərərək fəaliyyət göstərə bilərmi?
Bu halda vergi ödəyicisi üçün hansı məsuliyyət tədbirləri nəzərdə tutulur?
Cavab: Bildiririk ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər tərəfindən 1 aprel 2017-ci il tarixdən etibarən ilkin uçot sənədi olan elektron qaimə-fakturanın təqdim edilməsi tələb olunur.
Vergi ödəyicisi tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturanın təqdim edilməməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Bax: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli Qanunun 2-ci maddəsi.
Mənbə: taxes.gov.az