birbank biznes

biznesSahibkarlar müştəriləri cəlb etmək və yaxşı mənfəət əldə etmək üçün daha nələr düşünmürlər: dişlərdə döymələr edirlər, gitaralar şəklində tabutlar istehsal edirlər, aminturşularla portretləri çəkirlər. Lakin, ən maraqlısı odur ki, bəzən ən absurd ideyalar müəyyən müddətdən sonra daha çox tələb olunan və aktual olurlar.

Məsələn, qorxudan titrəyərək malların üzərinə ilk dəfə qiymət etiketlərini qoyan, istedadsız satıcı Frenk Vulvort, ötən əsrin ən nəhəng pərakandə satış şəbəkəsinin əsasını qoymuşdu. Ola bilsin ki, təqdim edəcəyimiz biznes-ideyalar sizə öz biznesinizi düşünüb tapmaqda və ya bazarda özünüzə yeni bir yuva qazanmaqda kömək edəcək.

Virtual naharlar – tənhalıqdan ən yaxşı reseptdir

Nahar yeməklərini onlayn yayımlamağa qərar verən Cənubi Koreyadan olan Seo-Yun Park, belə qənaətə gəlmişdi. Belə bir ideya internetdə çox məşhurluq qazanmışdı.

Hər kəsin restoranlara getmək və yeni insanlarla tanış olmaq üçün vaxtının olmadığı müasir dünyada virtual bir həmsöhbət ilə nahar etmək, özünüzə inanmağa və ünsiyyətdən sevinc almağa kömək edir.

Virtual nahar etməklə bağlı iş ideyası özlüyündə yeni deyil. Hələ 2006-cı ildə ABŞ-da Virtual Family Dinner sistemi ixtira edilmişdi, bunun sayəsində bir ailənin üzvləri onlayn yemək zamanı istədikləri qədər tez-tez görüşə bilirdilər.

Lakin, gözəl bir qızla nahar etmək, bütün rekordları qırır. Öz biznesində Seo-Yun həftədə 10 000 dollara kimi gəlir əldə edir.


Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun