» » » Daxili Audit üzrə Baş Mütəxəssis tələb olunur

Daxili Audit üzrə Baş Mütəxəssis tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0
birbank biznes

“PAŞA Sığorta” ASC namizədləri Daxili Audit Xidmətində Daxili Audit üzrə Baş Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Daxili audit yoxlamasının “PAŞA Sığorta” ASC-nin Daxili Audit Təlimatına və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• Risklərin qiymətləndirilməsi əsasında DAX-nın illik planının hazırlanmasında iştirak;
• Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında DAX-nın rəhbərinə məruzə edilməsi;
• Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
• Bütün DAX yoxlama hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
• DAX tövsiyələrinə cavab olaraq Paşa Sığorta rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;
• Paşa Sığortanın, həmçinin onun struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət edilməsi;
• Paşa Sığortanın maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
• DAX-nin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.

BİLİKLƏR

• Ali təhsil.

TƏCRÜBƏ

• Maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il iş təcrübəsi;

BACARIQLAR

• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmaq;
• Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
• Müstəqilliyini qorumaq qabiliyyəti;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyləri hazırlama və yazma bacarığı.

Son müraciət tarixi: 25 dekabr, 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.