İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Kotirovkanın qalibi “Grovv Audit And Consulting” QSC-dir.
Qalib şirkətə 25,96 min manat ödəniləcək.
Xatırladaq ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri özünün və ərazi idarələrinin maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderin qalibi “BKR İşik Konsaltinq” MMC olub, ona 29 min manat ödənilib.
Mənbə: vergiler.az