» » » Çeklərin bankomatlarda qalması təhlükəlidir

Çeklərin bankomatlarda qalması təhlükəlidir

posted in: Xəbər | 0
birbank biznes

bankomatMağazalarda alışlardan və ya bankomatlarda pul çıxarışlarından sonra çekləri orada saxlamayıb, hökmən almaq lazımdır. Bununla əlaqəli ortaya çıxan təhlükə barədə ali iqtisad Məktəbinin hüquq fakultəsinin dosenti Aleksandra Kasatkina xəbərdarlıq edib. Bu haqda RİA Novosti agentliyi xəbər verib.

O, bankomat tərəfindən verilən çeklərlə daha diqqətli olmağı tövsiyə edib, Kasatkinanın sözlərinə görə, çeklərdə şəxsi məxfi məlumatlar ola bilər. Məsələn, telefon nömrəsi və ya bank kartının son rəqəmləri. Bu məlumatlar isə fırıldaqçılardan ötrü yetərli ola bilər, – deyə, Kasatkina qeyd edib.

Əgər hər hansı bir səbəbdən bankomat saxta bir əskinas verərsə, məhz çek insanı hüquq-mühafizə orqanları ilə məhkəmələrdən azad edə və zərərin əvəzini ödəməyə kömək edə bilər, ekspert əlavə edib. Mağazalara gəldikdə, çek alış-verişin sübutudur, onunla malların geri qaytarılmasını təmin etmək daha asan olacaq.

Alıcıların bir çoxu mal və məhsullar üçün ödənişləri etdikdən sonra  çekləri dərhal atırlar, amma, fırıldaqçılara kass sənədlərindən istifadə etmək imkanı verməmək üçün həmin çekləri özünüzlə götürmək daha yaxşıdır. Bu barədə bir qədər əvvəl “Pozitsiya prava” hüquq şirkətinin idarəedici tərəfdaşı Yegor Redin də izahat vermişdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun