0-dan Excel kursu

posted in: Xəbər | 0

Elza Quliyeva – Ofis Proqramları və Excel üzrə təlimçi

Hazırda “Azərbaycan Mühasiblər Məktəbi”nin Ofis proqramları və MS Excel üzrə təlimçisi olan Elza xanım maliyyə və idarəetmə sahəsində 10 ildən artıq təcrübəyə malik peşəkar mütəxəssisdir.

O, ABB Bank, Fuga Group MMC və digər təşkilatlarda daxili nəzarət, maliyyə hesabatlılığı və idarəetmə sahələrində çalışaraq peşəkar təcrübə qazanmışdır.

Microsoft Office üzrə MOSE 2019 Expert sertifikatına, həmçinin PL300 Microsoft, PL/SQL və Risk Management üzrə beynəlxalq səviyyəli biliklərə sahibdir.

Onun təlimləri real iş mühitinə əsaslanan, praktiki və nəticəyönümlü xarakter daşıyır. Elza xanım dərslərində sadə və anlaşılan izah tərzi ilə iştirakçılara Excel və digər ofis proqramlarından effektiv istifadə bacarıqları qazandırır.

Təlim mövzuları:

Session 1. Create Worksheets and Workbooks

  • Add a worksheet to an existing workbook
  • Ranges
  • Fill
  • Copy and Move / Add / Delete Sheets
  • Copy and Move / Add / Delete Rows, Columns & Cells
  • Formulas
  • Keyboard Shortcuts

Session 2. Format Worksheets and Workbooks

  • Change worksheet tab color
  • Rename a worksheet
  • Insert and delete columns or rows
  • Change workbook themes
  • Adjust row height and column width
  • Insert headers and footers
  • Hide or unhide worksheets
  • Hide or unhide columns and rows

Session 3. Conditional Formatting

  • Number Format
  • Custom Number Format
  • Conditional Formatting – Highlight cells rules
  • Conditional Formatting – Top / Bottom rules
  • Conditional Formatting – Manage & New rules
  • Optional Parameter

Session 4 Filter and Sort a Table/Flash fill

  • Table Format & Styles
  • Insert, Delete & Format Cells
  • Auto Sum
  • Fill – Down, Right , Up, Left
  • Series
  • Justify
  • Flash Fill
  • Sort
  • Custom Sort
  • Filter
  • Find & Replace

Session 5 View/Review

  • Review — Proofing
  • Review — Comments
  • Review — Protect Sheet
  • Review — Protect Workbook
  • Review — Share Workbook
  • Review — Allow Edit Ranges
  • View – Workbook Views
  • View — Show & Zoom
  • View — Freeze Panes

Session 6. Perform Operations with Formulas and Functions 6.1

  • Insert references
  • Perform calculations by using the SUM function
  • Perform calculations by using MIN and MAX functions
  • Perform calculations by using the COUNT function
  • Perform calculations by using the AVERAGE function

  • Perform Conditional Operations by using Functions

  • Perform logical operations by using the IF(s) function
  • Perform logical operations by using the SUMIF function
  • Perform logical operations by using the AVERAGEIF function
  • Perform statistical operations by using the COUNTIF function

6.2.Format and Modify Text by using Functions

  • Format text by using RIGHT, LEFT, and MID functions
  • Format text by using UPPER, LOWER, and PROPER functions
  • Format text by using the CONCATENATE,CONCAT,TEXTJOIN function

Mock exam

Session 7 Date&Time Functions

  • Date / Time Functions – Day, Year, Month , Hour, Minute, Second
  • Date / Time Functions – Date, Time, Now,Today
  • Date / Time Functions – Emonth, Edate, NetWorkdays,Workday
  • Date / Time Functions – Days, WeekDay, WeekNum, YearFrac, DateDif

Session 8. Create Advanced Formulas

  • Perform logical operations by using AND, OR, and NOT functions
  • Perform logical operations by using nested functions
  • Perform statistical operations by using SUMIFS, AVERAGEIFS, and COUNTIFS functions
  • Look up data by using the VLOOKUP function
  • Look up data by using the HLOOKUP function

Session 9. Data Validation /Index+Match

  • 3 types of Data Validation
  • Referance Functions Match
  • Referance Function INDEX
  • Referance Function INDEX+MATCH

Session 10. Create Advanced Charts and Tables •Create and Manage PivotTables

  • Create PivotTables
  • Modify field selections and options
  • Create slicers
  • Group PivotTable data
  • Add calculated fields
  • Format data •Create and Manage Pivot Charts
  • Create PivotCharts
  • Manipulate options in existing PivotCharts
  • Apply styles to PivotCharts
  • Drill down into PivotChart details

  • Final Exam

Təlim sayı və vaxtı: 12 təlim, hər təlim 2 saat, həftədə 2 dəfə

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az

Əlaqə:

📞+994 12 310 05 50

📱+994 50 209 34 72


Ünvan: Caspian Plaza

Qeyri-iş günlərində saatlıq əməkhaqqı kimlərə tətbiq olunur?

posted in: Xəbər | 0

“Əmək Məcəlləsi”nə dəyişiklik edilir. Dəyişikliklərə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyyə edilib.

Vüqar Bayramov bildirib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, qeyri-iş günlərində çalışan vətəndaşlara əlavə çalışdığı saatlara görə ödənişlər olacaq. O qeyd edib ki, saatlıq vəzifə maaşının Məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımdan vacib idi.

Millət vəkili onu da əlavə edib ki, dəyişikliyə əsasən, hər saata görə həsablanan maaşın məbləği 2 dəfədən çox olmalıdır. Dəyişikliklər həmçinin bir çox vacib nüansları ehtiva edir.

Mənbə: banker.az

Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?

Yemək xərcləri üzrə vergi və sığorta öhdəlikləri varmı?

posted in: Xəbər | 0

ƏDV qeydiyyatında olan “A” MMC hüquq-məsləhət xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir və 16 işçisi var. İşçilərin nahar yeməklərinin təmin edilməsi məqsədilə şirkət tərəfindən onların bir qisminə yemək xərcləri üçün gündəlik 7 manat nağdsız vəsait ödənilir. İşçilərin bir qismi isə ofisin yaxınlığında yerləşən və ƏDV qeydiyyatında olan “Yeməkxana” adlı restoranla müqavilə bağlanılaraq yeməklə təmin edilir. Restorana hər işçi üçün gündəlik ƏDV daxil 7 manat olmaqla aylıq köçürmələr aparılır. Bu zaman işçilərin yemək xərclərinin qarşılanması ilə əlaqədar çəkilmiş xərclər gəlirdən çıxılacaqmı? İşçilərin yemək xərcləri onların muzdlu gəlirlərinə aid edilməklə vergiyə və sığorta haqlarına cəlb olunacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 119.2-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə müəyyən olunmuş Qaydada və normada işçilərlə bağlı yemək xərclərinin gəlirdən çıxılmasına yol verilir.

Qaydanın 2.1.3-cü yarımbəndinə əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə – 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda – 5 (beş) manat məbləğində müəyyən edilib.

Qaydanın 1.2-ci bəndinə əsasən, bu Qayda ilə vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir.

Qeyd olunanlara əsasən, işəgötürən tərəfindən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisindən elektron qaimə-faktura əsasında iaşə xidmətləri alınmaqla işçilərin yemək xərcləri qarşılandığı halda, habelə yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildiyi təqdirdə, çəkilmiş yemək xərcləri qanunla müəyyən olunmuş norma daxilində (birbaşa işçiyə ödənilən 5 manat və ictimai iaşə müəssisəsinə hər işçi üzrə ödənilən ƏDV daxil 5 manat) gəlirdən çıxılır. Bu zaman ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron-qaimə fakturada, habelə işəgötürən tərəfindən yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə isə ödəmənin təyinatında ödənişin vergi ödəyicisinin işçilərinin yemək xərci ilə bağlı olması qeyd edilməlidir.

MMC-nin ƏDV qeydiyyatında olduğu nəzərə alınmaqla, Cəmiyyət tərəfindən ictimai iaşə müəssisəsinə hər işçi üzrə norma daxilində köçürülən yemək xərci üzrə ödənilmiş ƏDV məbləği (5-5/1,18=0,76) Vergi Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq əvəzləşdirilir. Bununla yanaşı, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü və 119.2-ci maddələrində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə olunan gəlir vergitutulan gəlirə aid deyil.

Sorğuda göstərilən halda, MMC tərəfindən norma daxilində birbaşa işçilərə nağdsız qaydada ödənilən yemək xərcləri (5 manat), habelə ictimai iaşə müəssisəsinə hər işçi üzrə yemək xərclərinin (5 manat) ödənilməsinin nəticəsi üzrə əldə olunan gəlir işçilərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə aid edilmədiyindən, gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqına, habelə işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmur.

İşçilərə normadan artıq birbaşa nağdsız qaydada ödənilən yemək xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq hissəsi işçinin muzdlu gəlirlərinə aid olunmaqla gəlir vergisinə və sosial sığorta haqqına cəlb edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 119-cu və 175-ci maddələri, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə tənzimlənir.

Mənbə: vergiler.az

İşdən əsassız çıxarılan işçiyə əməkhaqqının ödənilməsi qaydası

Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi

posted in: Xəbər | 0

metro gedişləriÖlkənin ilk rəqəmsal bankı Birbank qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirəcək kampaniyaya start verir. Belə ki, 16 dekabr 2025-ci il tarixindən 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində Birbank Visa kart sahibləri Bakı metrosundan istifadə zamanı gediş haqqının sadəcə yarısını ödəyəcəklər.

Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca asandır. Sərnişinlər metro stansiyalarında ödənişlərini Birbank Visa (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.

Qeyd edək ki, hər bir istifadəçi kampaniya ərzində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə güzəştli gediş imkanından faydalana bilər. Bu təşəbbüs bayram ərəfəsində rəqəmsal ödənişləri təşviq etməklə yanaşı, istifadəçilərin büdcəsinə qənaət edərək bayramı dolu-dolu yaşamağa imkan yaradır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

1 73 74 75 76 77 78 79 2. 382