Daha çox8
Daha çox8

Vergi ödəyicilərinə xidmət mərkəzləri ilə bağlı müraciət edildi

posted in: Vergi, Xəbər | 0

                                                    Vergi ödəyiclərinə xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı ELAN (Vergilər nazirliyi)

dövlət reyestrindən çıxarış, Vergilər nazirliyi, vergi,

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart 2020-ci il 13 mart tarixli tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicilərindən xahiş edir ki, nazirliyin təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlansınlar və mart ayının 16-dan 19-dək vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etsinlər.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergilər nazirliyi

Bu müəssisələr lisenziyadan azad edildi

posted in: Xəbər | 0

lisenziyaDövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad olunur. lisenziya

Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir.

Bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklik layihəsinə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
lisenziya

Əmək müqaviləsi adı altında xidməti müqavilə bağlanması halları aşkar edilib

posted in: Vergi, Xəbər | 0

Əmək müqaviləsi, xidməti müqaviləVergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir. 

12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Bayramov Ceyhun Mahir oğluna məxsus, Gəncə şəhərinin müxtəlif ünvanlarında yerləşən “Əminə Market” mağazalar şəbəkəsində operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. Vergi ödəyicisinə məxsus 4 təsərrüfat subyektində vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülməsi, malların elektron qaimə-faktura əsasında alınmasına nəzarət və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması halları yoxlanılıb.

Nəzarət tədbirləri zamanı həmin mağazalarda ümumilikdə 200 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, onlardan 57 nəfərin əmək müqaviləsi şərtləri altında bilərəkdən xidməti müqavilə əsasında (bu, ümumu işçi sayının 28,5 faizini təşkil edir) cəlb edilməsi faktı aşkar olunub. Bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Daha 3 nəfərin isə heç bir müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni zamanda 5 halda nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı da aşkar edilib.

Bir daha bildiririk ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi ödəyicisi tərəfindən əmək müqaviləsinin şərtləri altında işçilərlə xidməti müqavilənin bağlanması yolverilməzdir.

Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olur ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək müqaviləsi, xidməti müqavilə

Dövlət qulluğuna qəbul imtahanı ləğv edildi

posted in: Xəbər | 0

Dövlət qulluğu2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib. (Dövlət qulluğu)

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən imtahanın keçirilməsi təxirə salınıb.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət qulluğu
error: Content is protected !!