Mühasibatlığın fəaliyyəti əlaqədar hər hansı məsələnin həlli üçün çağırılan müşavirədə, yığıncaqda, o cümlədən iclaslarda da, dəvət olunmuş şəxs və ya həmin orqanın üzvü kimi iştirak etmək.
Müəyyən olunmuş qaydada Şirkətin bütün quruluş bölmələrindən mühasibatlığın fəaliyyəti üçün zəruri olan sənədlərin, materialların təqdim edilməsini tələb etmək.
Mühasibatlıq işçilərinin işə qəbulu, işdən çıxarılması, vəzifə keçirmələri, intizam və maddi məsuliyyətinə cəlb olunması haqqında təkliflər və rəylər təqdim etmək.
Bu Vəzifə Təlimatının nəzərdə tutduğu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olan işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.
Keyfiyyət, səmərəlik, daxili və kənar müştərilərin təmin edilməsi, xərclər və heyətin inkişafına dair siyasət və planların hazırlanmasını və tətbiq edilməsini təmin etmək.
Müvafiq qayda və təlimatlara, kargüzarlıq proseduralarına uyğun hazırlanmamış sənədləri qəbul etməmək və icrasını reallaşdırmamaq;
Qanunvericilikdə nəzərdə tutulmuş əmək hüquqlarının yerinə yetirilməsini rəhbərlikdən tələb etmək.
Vəzifələrini icra edərkən lazım olan məlumatları tələb etmək
Leave a Reply