» » » Gömrük əməkdaşlarının əlavə haqları yenilənir

Gömrük əməkdaşlarının əlavə haqları yenilənir

posted in: Xəbər | 0

Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mənbə: banker.az

Biznes hesabi

Beynəlxalq daşıma xidmətləri üzrə dəyişikliklər