» » » Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz artırılır

Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz artırılır

posted in: Xəbər | 0

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 429 milyon manatının və yaxud 1,1 %-nin sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,9 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Biznes hesabi

Mənbə: report.az

“e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi