» » » Azərbaycanda MMC qeydiyyatı: addım-addım bələdçi 2026

Azərbaycanda MMC qeydiyyatı: addım-addım bələdçi 2026

posted in: Xəbər | 0

Məhdud Məsuliyyətli Cəmiyyətin qeydiyyatı niyə vacibdir?

Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dövlət qeydiyyatı Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu ilə müəyyən edilmiş normalar çərçivəsində aparılır. Qanunda həm yerli, həm də xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı prosedurları şərh olunub.

2026-cı ildə Azərbaycanda MMC qeydiyyatının ümumi prinsipləri əvvəlki illərdən elə də fərqlənmir. Qeydiyyat qanunvericiliyə uyğun hazırlanmış sənədlər əsasında AR İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidməti vasitəsi aparılır və hüquqi şəxsin yaranması rəsmiləşdirilir. Bu, həm də MMC-nin vergi uçotuna alınması hesab olunur.

Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi şəxs kimi rəsmiləşdirilməsi onun kommersiya fəaliyyətini qanuni şəkildə aparması üçün əsas şərtdir. Qeydiyyat olmadan yerli yaxud xarici investisiyalı MMC-lər:

  • bank hesabı aça bilmir;
  • vergi uçotuna daxil ola bilmir;
  • qanuni əməliyyatlar aparmaq üçün müqavilə bağlaya bilmir.

Məhdud Məsuliyyətli Cəmiyyətin qeydiyyatı həm də:

Biznes hesabi
  • hüquqi müdafiə;
  • rəsmi fəaliyyət;
  • şəffaflıq deməkdir.

Beləliklə, MMC-nin dövlət qeydiyyatı  bir-birini tamamlayan iki prosesin – MMC-nin yaradılması və onun hüquqi status qazanması prosesinin tamamlanmasıdır.

MMC-nin yaradılması istiqamətində atılan ilk adddımlar hansılardır?

Mülki Məcəllədə “məhdud məsuliyyəti cəmiyyət” anlayışı 87-ci maddədə şərh olunur. Bu maddə, həmçinin məhdud məsuliyyətli cəmiyyətin yaradılması üçün vacib olan addımları müəyyən edir.

MMC bir yaxud bir neçə təsisçi (yerli yaxud xarici) ilə yaradıla bilər, onların öhdəlikləri nizamnamə kapitalındakı payla məhdudlaşır. Həmçinin cəmiyyət üçün unikal ad seçməli və hüquqi adın mövcud qanunvericiliyə uyğunluğu yoxlanılmalıdır.

Qeydiyyat üçün bir təsisçi və  bir direktor da kifayət edə bilər, habelə təsisçi həm də direktor ola bilər.  Direktorun səlahiyyətləri nizamnamədə göstərilir.

Azərbaycanda MMC yaradılması və qeydiyyatı prosesi kifayət qədər şəffafdır, amma sənədlərin toplanması, müəyyən detallara əməl etmək müəyyən təcrübə və vaxt tələb edir. Bu işi daha tez və keyfiyyətli həll etmək üçün Bakıda konsaltinq şirkətlərinə müraciət etmək olar.

Sənədlərin hazırlanması

Cəmiyyətin yaradılması üçün aşağıdakı addımlar atılır:

  • təsis yığıncağının keçirilir;
  • müqavilə bağlanılır (bir-neçə təsisçi olduqda), yaxud;
  • təsis qərarın qəbul edilir (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda);
  • nizamnamə hazırlanır;
  • nizamnamə kapitalı ödənilir (nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa);

Yuxarıdakı prosedurların nəticəsi kimi MMC-nin qeydiyyatı üçün toplanmış sənədlərə əlavə olaraq:

  • təsisçilər haqqında məlumatları;
  • hüquqi ünvan təsdiq sənədi;
  • sahibkarın şəxsiyyətini təsdiq edən sənəd;
  • xarici investorlar olduqda konsul leqallaşdırılması;
  • müəyyən səndələrin notariat təsdiqini də hazırlamaq lazım gələcək.

Saytımızda Azərbaycanda şirkət qeydiyyatı haqqında daha çox məlumat tapmaq olar.

Azərbaycanda MMC qeydiyyatı üçün necə müraciət etmək olar?

Məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı üçün toplanmış sənədlər Dövlət Vergi Xidmətinə aşağıdakı üsullardan birini seçməklə təqdim edilir:

  • onlayn, elektron formada;
  • şəxsən, qeydiyyat qurumuna getməklə;
  • rəsmi, poçt şöbələri vasitəsi ilə.

Kommersiya qurumları, bir qayda olaraq, daha çox elektron formada qeydiyyata üstünlük verirlər – bu daha rahatdır, daha operativdir və rüsum yoxdur.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı 2 gündən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilir.

MMC-nin elektron qeydiyyatı necə aparılır?

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı zamanı DVX-nin internet informasiya sistemində elektron ərizə tərtib edilir. Bu ərizəyə işçilərlə, o cümlədən respublika ərazisində daimi yaşamaq icazəsi olan əcnəbi  və  vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatları da əlavə olunur.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi xarici hüquqi şəxs olduqda elektron qeydiyyat ərizəsinə işçilərlə bağlanmış əmək müqaviləsinin məlumatları ilə yanaşı hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlər də əlavə olunmalıdr. Tələb olunduğu hallarda leqallaşma və notariat qaydada təsdiq prosedurları da həyata keçirilir.

Real vaxt rejimində ərizənin məlumatları əsasında sistemdə hazırlanmış elektron nizamnamə elə tanış olduqdan sonra, o, gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatını təsdiq edən sənədlər, o cümlədən VÖEN onun elektron kabinetinə göndərilir.

Yerli investisiyalı MMC-nin adi və sürətli qeydiyyatı zamanı bütün prosedurlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR qanunun 5-2 maddəsi ilə, xarici investisiyalı MMC-nin qeydiyyatı üzrə prosedurlar isə 7-2 maddəsi ilə tənzimlənir.

Audit.Az konsaltinq şirkətinin əməkdaşları xarici miqrantlar üçün sənədlərin tez və səhvsiz hazırlamaqda kömək edir. Bizimlə əlaqə saxlayın!

Qeydiyyatdan sonra hansı addımlar atılmalıdır?

Yerli yaxud xarici investisiyalı MMC qeydiyyatı baş tutduqdan sonra şəffaf və risksiz biznes fəaliyyətinə başlamaq üçün bir sıra prosedurları da həyata keçirmək lazımdır, məsələn:

Azərbaycanda MMC qeydiyyatı üçün xidmətlər paketi burada!