» » » MMC açmaq: 2026-cı il üçün xərclər, rüsumlar və büdcə planı

MMC açmaq: 2026-cı il üçün xərclər, rüsumlar və büdcə planı

posted in: Xəbər | 0

Azərbaycanda biznesə başlamaq üçün, bütün digər ölkələrdə olduğu kimi, işlək ideya və investisiya lazımdır. Seçilmiş fəaliyyət, az maliyyə qoyuluşu tələb etsə belə (məsələn, xidmət yaxud vasitəçilik sektoru), biznesin qeydiyyatı üçün müəyyən xərclər lazımdır. Azərbaycanda şirkət yaratmaq istəyən yerli və xarici investorlar hüquqi forma kimi Məhdud Məsuliyyəti Cəmiyyətə (MMC) daha çox üstünlük verir. Bu məqalə 2026-ci ildə MMC açmaq üçün rüsum və xərclərin tərkibi, qeydiyyat və ondan sonra optimal büdcə planını necə hazırlamaq haqqındadır.

Azərbaycanda MMC qeydiyyatı üçün konsultasiya xidmətləri burada!

MMC açmaq üçün xərclərin tərkibi

Plan qurmadan məqsədə çatmaq üçün lazımi qərarlar vermək çətindir. Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət açaraq kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün bir sıra xərcləri öncədən planlamaq lazımdır. Onları şərti olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:

  • qeydiyyatla bağlı birbaşa xərclər;
  • ilkin təşkilati xərclər;
  • ilkin fəaliyyət xərcləri (start xərcləri);
  • digər xərclər.

Bu xərclər müvafiq qaydada əks etdirən büdcə planı ehtiyacların ödənilməsi üçün kifayət qədər maliyyə resurslarının olub-olmadığını görməyə imkan yaradır.

Biznes hesabi

Azərbaycanda MMC qeydiyyatı ilə bağlı birbaşa xərclər

Bu qrupa aid olan xərclərə aşağıdakıları aid etmək olar:

  • qeydiyyat üzrə dövlət rüsumu;
  • sənədlərin hazırlanması üzrə xərclər;
  • notariat xərcləri;
  • hüquqi ünvanla bağlı xərclər.

Bunlar Azərbaycanda MMC-nin yaradılması zamanı çəkilən əsas xərcləri xarakterizə edir.

Dövlət rüsumu

Qeydiyyat zamanı ilk xərc maddəsi hüquqi şəxslərin dövlət qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi müəyyən edilmiş dövlət rüsumudur. 2026-cı ildə MMC açmaq üçün dövlət rüsumu dəyişməyib, 2025-ci ildə olduğu kimidir:

  • bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin qeydiyyatı – 300 manat;
  • xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı – 300 manat;
  • kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər üçün – 5 manat;
  • digər hüquqi şəxslərin, o cümlədən MMC qeydiyyatı üçün – 15 manat.

Bu xərcləri “sıfıra” endirmək olar, belə ki, həmin qanunun 20-1.3 maddəsinə görə hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

MMC qeydiyyatı ilə bağlı sənədlərin hazırlanması xərcləri

MMC açmaq üçün sənədləri özünüz pulsuz hazırlaya bilrsiniz. Əgər təsisçilər sənədləşmə haqqında əsas anlayışlara malik Azərbaycan vətəndaşlarıdırsa, bütün lazımi sənədləri cəmi 3-4 saat ərzində xərcsiz hazırlamaq və elektron sistemə daxil etmək olar. 2026-cı ildə hüquqi şəxslərin qeydiyyatı üzrə sənədlərin tərkibi əvvəlki illərdə olduğu kimi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilir.

Sənədləri özü hazırlamaq istəməyənlər, bu sahədə ixtisaslaşmış konsaltinq şirkətlərindən ödənişli şirkət qeydiyyatı xidmətləri sifariş edə bilər. Bu xüsusilə xarici investisiyalı MMC-lər üçün aktualdır. Bu sahədə ixtisaslaşmış şirkətlərin təklif etdiyi qiymətlərə bir sıra amillər təsir edr:

  • fəaliyyətin xüsusiyyətləri;
  • təsisçilər arasında əcnəbilərin olması, əgər onlar yoxdursa, dəyəri aşağı olacaq;
  • təsisçilərin sayı – təsisçilər nə qədər çox olsa, bir o qədər çox sənəd doldurulmalıdır, yəni qiymət daha yüksək olacaqdır.

MMC-nin nizamnamə kapitalının məbləği onun nizamnaməsində qeyd olunur. MMC-nin nizamnaməsi hazırlanan sənədlər arasında mühüm yer tutur. Mövcud qannvericilikdə minimum nizamnamə kapıtalına tələb yoxdur, amma nizamnamədə elan edilmiş məbləğin ödənişinə hazır olmaq lazımdır. Belə ki, nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar.

Azərbaycanda iş icazəsi ilə bağlı müraciət edin!

 

Notariat və hüquqi ünvanla bağlı xərclər

MMC qeydiyyatı ilə bağlı ərizənin notarial qaydada təsdiq olunma xərcləri hər imza üçün 3 manat müəyyən edilmişdir, yəni təsisçi nə qədər çoxdursa xərc də bir o qədər artacaq. Bundan başqa xarici dildə yazılmış sənədləri azərbaycan dilinə tərcüməsinin təsdiqi, qanuni təmsilçinin etibarnaməsinin, habelə digər müəyyən hallarda da notarial qaydada təsdiq tələb oluna bilər. Bu zaman rüsum “Dövlət rüsumu haqqında” AR  Qanunu ilə tənzimlənir.

Əgər sizin mülkiyyətinzidə ofis üçün bina varsa, deməli xərc olmayacaq. Əksinə, əmlak icarəyə götürüləcəksə, bu da əlavə xərc deməkdir.

İlkin təşkilati xərclər

MMC açmaq üçün qeydiyyatla bağlı xərclərlə yanaşı ilkin təşkilatı xərclərə də ehtiyac var. Bunlar MMC qeydiyyatdan keçdikdən dərhal sonra yaranan xərclər:

Vergi və digər dövlət orqanlarının elektron informasiya sistemləri üçün elektron imzanın alınması (18 manat), bank hesabının açılması (müxtəlif banklar üçün fərqlidir) bu sırasındadır. Bu qrupa aid olan Möhür və ştampın alınması, Mühasibat proqramlarının sifarişi üzrə xərclər icraçı şirkətlərlə bağlanmış müqavilələrlə müəyyən edilir.

Konkret biznes fəaliyyətinə görə lisenziya və icazələr almaq zərurəti də yarana bilər. Bu zaman mümükün xərcləri buradan öyrənmək olar.

Kassa aparatını da unutmayaq – ticarət və xidmət sektorunda fəaliyyət zamanı ona da ehtiyac yarana bilər. Orta qiyməti 400-500 manat, aylıq xidmət haqqı 15-20 manat aralığındadır.

Start xərcləri və digərləri

MMC qeydiyyatından sonra biznesin faktiki fəaliyyətə başlaması məqsədi ilə bir sıra ilkin fəaliyyət xərcləri lazımdır. Buraya ofis və avadanlıq, rabitə, reklam və marketinq xərclərini aid etmək olar.

MMC açmaq və fəaliyyət göstərmək üçün işçilərə əmək haqqı vermək, sosial ödənişləri həyata keçirmək, vergi və məcburi ödənişləri dövlət büdcəsinə köçürmək, gözlənilməz xərclər üçün ehtiyat fondu da yaratmaq lazım gələcək.

MMC açmaq üçün ümumi büdcə planı

Aşağıdakı cədvəldə MMC-nin qeydiyyatı və ilkin fəaliyyəti üçün büdcə planının xərc maddələri sadə şəkildə əks etdirilib:

Xərc növü Məbləğ (manat)
Qeydiyyat xərcləri
İlkin təşkilati xərclər
Fəaliyyət xərcləri
Əmək haqqı
Vergilər
Ehtiyat xərcləri
Cəmi

MMC açmaq istəyərkən bu xərcləri araşdarıb, optimal qiumətləri cədvələ daxil edərək, mümkün əsas xərcləri qabaqcadan müəyyən etmək olar.