» » » Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçir

Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçir

posted in: Xəbər | 0

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2024-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlaması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 12 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 3-ü, saat 14:00-a qədər AZSTAND-ın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 3-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.

Biznes hesabi

Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 3 min manat ödənilib.

Mənbə: report.az

Azərbaycanın kredit bazarı: regional kreditləşmə sürətlənir