» » » Arı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?

Arı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?

posted in: Xəbər | 0

Arı balı kənd təsərrüfatı məhsulu hesab olunurmu? Arı balının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanmalıdırmı? Sualım istehsala aid deyil, yəni istehsalçıdan alıb mağazada pərakəndə satdıqda ƏDV ticarət əlavəsindən hesablanır? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan arı balının istehsalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Misal üçün, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan ticarət obyekti 20.000 manat dəyərində aldığı malları 25.000 manata satır. Bu zaman 5.000 manat ticarət əlavəsinə 18% ƏDV dərəcəsini tətbiq edərək vergi məbləğini müəyyən edir.

Məlumat üçün bildirilib ki, arıların becərilməsi, arı balının və arı mumunun istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 13 il müddətinə gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Biznes hesabi

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

error: Content is protected !!