» » » ARDNF-SOCAR birgə müəssisəsi auditor seçib

ARDNF-SOCAR birgə müəssisəsi auditor seçib

posted in: Xəbər | 0

“Azerbaijan Rigs” MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC-dir.

Qalib şirkətə 53 808 manat ödəniləcək.

“Azerbaijan Rigs” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 880 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).

Mənbə: report.az

Vergi orqanı yoxlama müddətini necə təyin edir?