» » » ARDNF-SOCAR birgə müəssisəsi 3 illik auditor seçir

ARDNF-SOCAR birgə müəssisəsi 3 illik auditor seçir

posted in: Xəbər | 0

“Azerbaijan Rigs” MMC 2026-2028-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 14-nə qədər şirkətin yeləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 152 (“Çinar Plaza”) ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 14-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Biznes hesabi

Ötən il bu tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Ona 53 808 manat ödənilib.

“Azerbaijan Rigs” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 950 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).

Mənbə: report.az

Vəfat edən vergi ödəyicisinin vergi öhdəlikləri kimə keçir?