“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2024-2025-ci il üzrə maliyyə hesablarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC-dir.
Qalib şirkətə 104,430 min manat ödəniləcək.
Xatırladaq ki, “Aqrarkredit”in 2023-cü il üzrə maliyyə hesablarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi “Nexia EA” QSC olub, ona 35,4 min manat ödəniləcək.
Mənbə: report.az

