» » » Gələn ildən aksizə cəlb olunan malların siyahısı genişləndiriləcək

Gələn ildən aksizə cəlb olunan malların siyahısı genişləndiriləcək

posted in: Xəbər | 0

2027-ci ildən ildən aksizə cəlb olunan malların siyahısının artırılması nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib. DVX rəisi bildirib ki, yenilik vergitutma bazasının genişləndirilməsinə hesablanıb.

Xidmət rəisinin sözlərinə əsasən, dəyişikliklər layihəsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur. “Hazırda ƏDV ödəyicilərindən alınan mal və xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq olunur. Gələn ildən isə ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən alınan mal və xidmətlərə görə nağdsız qaydada ödənilmiş məbləğin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması təklif olunur” – deyə xidmət rəisi qeyd edib.

Mənbə: vergiler.az

Biznes hesabi

Vergi Məcəlləsinə ixracyönümlü fəaliyyət və turizm sektoru üçün yeni güzəştlər təklif olunur

error: Content is protected !!