» » » ABŞ barədə 15 maraqlı fakt (1-ci hissə)

ABŞ barədə 15 maraqlı fakt (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

ABŞBiz amerikalılar barədə nə qədər bilgiyə malikik? Stereotiplər yüzlərlədir, başlıca olan faktlardır.

ABŞ xüsusi bir ölkədir, onun barəsində o qədər uydurmalar var ki, təəccüblənməyə bilmirsən.

İqtisadiyyat

1. ABŞ – planetdə əsas istehlakçıdır: ölkə dünya resurslarının təxminən 40%-ni təşkil edir.

2. Amerika əhalisinin təqribən 90%-i kreditlərin hesabına yaşayır, iqtisadi sistem elə qurulub ki, borc vəsaitləri olmadan keçinmək mümkün deyil. Məktəbi bitirdikdən sonra gənc məzun təhsil üçün dövlətdən kredit alır (orada pulsuz ali təhsil öyrətmirlər) və ardınca da digər kreditlər gəlir: ev, avtomobil, mebel, tibb və s.  alınması üçün alınan kreditlər, amerikalıların 7-10 ədəd kredit kartı olur.

Adamların təxminən 50 faizi əmanət qismində pul yatırmır, 60 faizi pensiya yaşına ciblərində dollar olmadan çatırlar, əvəzində isə hər birinin ödənilməmiş istiqrazları olur.

3. ABŞ-ın 20 milyon vətəndaşı treylerlərdə və təkərlər üzərində hərəkət edən evlərdə yaşayır. Ev və ya mənzil almağa gücləri çatmır – daşınmaz əmlakın qiyməti çox yüksəkdir.

4. Birləşmiş Ştatlarda işsizlik üzrə müavinət təxminən minimal əməkhaqqı ödənişi həcmindədir ki, bu da mənzil kirayələmək və ərzaq üçün kifayət edir. Ölkə vətəndaşlarının təxminən 10 faizi bu cür müavinətlər alır.

Cəmiyyət

5. Kiçik şəhərlərdə və şəhərətrafı ərazilərdə insanlar icma ərazilərində yaşayır və öz əmin-amanlıqlarını canfəşanlıqla qoruyurlar. Küçədə yad adam gördükdə, onun kimliyi, həmin şəxsi burada nə işlə məşğul olması barədə sorğu-suala çəkirlər. Bəzən isə hər ehtimala qarşı polis çağırırlar. Qonşuluq nəzarəti adlanan və neighbourhood watch adlandırılan bu “nəzarət sistemi”, bizim üçün qəribə görünə bilər, lakin ölkədə cinayət nisbətinin yüksək olduğunu nəzərə aldıqda, bu, amerikalılar üçün adi bir haldır.

6. Total siyasi korrektlik və tolerantlıq Amerika dünyagörüşünün əsasını təşkil edir. Bu, son illər Hollivud filmlərində xüsusilə nəzərə çarpır, belə ki, müsbət qəhrəman rollarında qaradərililər və ya azlıqların nümayəndələri oynayırlar.

Sosial şəbəkələrdə ehtiyatsız bir ifadə və ya yazı üçün istənilən bir insan hər şeyi itirə bilər: işi, imtiyazları, sosial əlaqələri.

7. “Makdonalds” – hər cəhətdən məşhur bir yerdir, hər 8 amerikalıdan biri orada işləyib.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun