Oxunma sayı: 322
Hələ elə də uzaq keçmişdə deyil, ötən əsrin 90-cı illərinin əvvəlində keçmiş SSRİ-də və sonra müstəqil olmuş Rusiyada “taxta rubl” ifadəsi geniş yayılmışdı. İnflyasiya o dərəcədə yüksək idi ki, rublun alıcılıq qabiliyyəti demək olar ki, göz önündə əriyirdi. O səbəbdən “taxta” adı ilə bir növ sözügedən pul nişanının alıcılıq qabiliyyətinin əhəmiyyətsizliyinə işarə edilirdi.
Qızıl pullar zamanla da öz dəyərlərini itirmirdi, taxta pullar isə – elə deyildiyi kimi, taxta idi. Maraqlıdır ki, Tomskda 2008-ci ildə hətta rubla ağacdan hazırlanmış abidə də qoyulub. Onun diametri iki metrdən bir qədər çox, çəkisi isə 250 kq-dır. Amma, yada salmaq lazımdır ki, öz maliyyə sistemini dünyada ən stabil hesab edən ABŞ-da vaxtilə taxta dollar tədavüldə olub. Və bu heç də zarafat-filan deyil. Hər şey 1931-ci ildə Vaşinqton əyalətində yerləşən Amerikanın kiçik Tenino qəsəbəsində başlamışdı. Həmin zamanlarda ABŞ tarixə “Böyük depressiya” adı ilə daxil olmuş ən dəhşətli böhranı yaşayırdı. Banklar bir-birinin ardınca iflasa uğrayırdı, elə bunu demək kifayətdir ki, yalnız 1931-ci ildə ölkədə 1000-dən çox bank iflas etmişdi.
Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz: