» » » 2026-cı ildə əməkhaqqı cədvəli: əməkhaqqıdan tutulmaların auditində nələrə diqqət etməli

2026-cı ildə əməkhaqqı cədvəli: əməkhaqqıdan tutulmaların auditində nələrə diqqət etməli

posted in: Xəbər | 0

Əməkhaqqıdan tutulmalrın auditi zamanı qanunvericilik aktlarının düzgün tətbiqi, tutulmaların düzgün hesablanması və sənədli sübutların, o cümlədən gəlir vergisi, aliment, həmkarlar ittifaqı üzvlük haqları, habelə cərimələr üzrə uyğun sənədlərin mövcudluğu, tutulmaların əməkhaqqı cədvəlində düzgün əks etdirilməsi yoxlanılır.

Bəs 2026-cı ilədə əməkhaqqı cədvəli necə dəyişəcək?

Əməkhaqqından tutulmaların auditi zamanı nələrə diqqət etmək lazımdır?

Aliment, həmkarlar üzvülük haqqları, cərimələr və digər məcburi tutulmalar, habelə əməkhaqqıdan tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması qaydaları, əvəllki illərdə olduğu kimi, qanunvericilk aktlarında müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Biznes hesabi

2026-cı ildə əməkhaqqıdan tutulmalarda ediləcək dəyişikliklər, əsasən, muzdlu işlə bağlı gəlirlərdən verginin, MDSS və İTS-in hesablanmasını əhatə edir.

2026-cı ildə əməkhaqqı cədvəlində gəlir vergisi üzrə dəyişikliklər olacaqmı?

Auditor ilk növbədə, 2026-cı ildə əməkhaqqı tutulmalarına tətbiq ediləcək dəyişiklikləri nəzərə almaqla, vergitutma bazasını, tutulmaların düzgünlüyünü müəyyən etməlidir.

2026-cı il üçün əməkhaqqı cədvəlində işçinin muzdlu işlə bağlı gəlirindən vergi tutulması ilə bağlı bunlar nəzərə alınmalıdır:

  1. neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən vergi dərəcəsi dəyişmir, əməkhaqqıdan vergi tutulmaları 2025-ci ildə olduğu kimi qalır;
  2. neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulmasına 2019-cu ildən tətbiq edilən güzəştlər (AR Vergi Məcəlləsinin  1-1. bəndi) qüvvədən düşür.

Güzəştlərin ləğvi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib.

2026-cı il üzrə dəyişiklikləri nəzərə alan audit yoxlaması üçün bizimlə əlaqə saxlayın!

Əməkhaqqıdan vergi tutulmalarına 2026-cı ildə dəyişikliklər necə olacaq?

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisələrdə çalışan işçilərin muzdlu işdən aylıq gəlirlərinə vergi dərəcələri aşağıdakı kimi tətbiq ediləcək:

Aylıq gəlir Gəlir vergisi -2026
0 – 2500 AZN 3%
2500 – 8000 AZN 75 AZN + 2500-dən yuxarı hissənin 10%-i
8000 AZN-dən yuxarı 625 AZN + 8000-dən yuxarı hissənin 14%-i

 

Aylıq gəlirlərin minimum intervalı üçün (0-2500 manat) vergi dərəcəsinin  2027-2028-ci illərdə uyğun olaraq 5 və 7 % olması nəzərdə tutulur.

Auditor bu dəyişiklərin 2026-cı ildə əməkhaqqı cədvəlində (istər kağız daşıyıcıda, istərsə də avtomatlaşdırılmış elektron sistemlərdə) nəzərə alınmsına diqqət etməlidir.

Dövlət Sosial Müdafi Fonduna ayırmalar necə dəyişəcək? 

Özəl sektorda 2026-cı ildə əməkhaqqı hesablnması zamanı məcburi dövlət sosial sığorta (MDSS) haqlarının hesablanması zamanı işçi və işəgötürənə münasibətdə aşağıdakı sxemlər nəzərdə tutulub:

  • 200 manatadək əməkhaqqı üçün MDSS – işçi 3 %, işəgötürən 22 %;
  • 200-8000 manat üçün MDSS – işçi 10 %, işəgötürən 15 %;
  • 8000 manatdan çox oldurqa – işçi 10 %, işəgötürən 11 %.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən tutulan MDSS əvvəlki kimidir (işçi 3 %, işəgötürən 22 %).

İTS, İS üzrə əməkhaqqıdan tutulmalar dəyişəcəkmi?

İcbari tibbi sığorta üzrə işçi və işəgötürəndən hesablanmış əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsinə görə isə, işçi və işəgötürən üzrə 0,5 faiz hesablanacaq. Bu hər iki sektorda çalışan işçilərə aiddir. Məsələn, dövlət yaxud qeyri-dövlət müəssisəsində çalımasından asılı olmayaraq, 3000 manat əməkhaqqı alan şəxsi üçün İTS tutulması 52,50 manat (50+(3000-2500)*0,5%) olacaq. İşəgötürən də eyni məbləği işçiyə görə icbari tibbi sığorta fonduna ödəməlidir.

İşsizlikdən sığorta haqqının hesablanması hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparlcaq.

Bütün bu dəyişikliklər 2026-cı ilin əməkhaqqı cədvəlində nəzərə alınmalıdır.

Audit yoxlaması necə aparılır?

  • Seçmə üsulu ilə yoxlama: auditor işçiləri seçir, hesablamadan ödənişə və əməkhaqqı tutulmalarının mühasibat uçotunda əks olunmasına qədər bütün zənciri nəzərdən keçirir;
  • Məlumatların üzləşdirilməsi: audit zamanı tabel, əmək müqaviləsi, əmrlər, bank çıxarışları, əməkhaqqı cədvəlindəki məlumatlar yoxlanılaraq üzləşdirilir.
  • Müxabirləşmələrin təhlili: 533 saylı hesab və onunla müxabirləşən hesablarda uçot qeydlərin düzgünlüyü yoxlanılır.

Auditin məqsədi 2026-cı ildə əməkhaqqıdan tutulmaların qanuna uyğun, dəqiq və şirkətin mühasibat uçotu siyasətinə uyğun olaraq həyata keçirilməsini, onların əməkhaqqı cədvəlində və digər hesabatlarda düzgün əks olunmasını təmin etməkdir.

Aşağıdakı keçidlərdən 2026-cı ildə əməkhaqqı cədvəli hazırlamaq üçün Excel faylları yükləmək olar.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün əməkhaqqı cədvəli (243 downloads )

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli (69 downloads )

Təcrübəli auditorlarla işləmək üçün indi bizimlə əlaqə saxlayın!