» » » 2022-ci il üçün əmək məzuniyyətini necə planlaşdırmalı?

2022-ci il üçün əmək məzuniyyətini necə planlaşdırmalı?

posted in: Xəbər | 0
birbank biznes

2022-ci il üçün əmək məzuniyyəti , Ezamiyyə xərcləri , Ezamiyye , ƏDV məbləği, Avans ödənişi, Sosial Sığorta haqqı kommunal xərclərin ödənilməsiMəlum olduğu kimi dünya ölkələri içərisində iş günlərinin sayı ilə nisbətdə ən çox istirahət günləri olan bir ölkə olaraq növbəti əsas əmək məzuniyyətini ilin əvvəlindən planlaşdırmaq və istehsalat təqvimini mütləq nəzərə almaq lazımdır. Bu yazıda 2022-ci il üçün əmək məzuniyyətini necə planlaşdırmağı izah etməyə çalışacağıq.

Qeyd etmək zəruridir ki, əmək məzuniyyəti üzrə məzuniyyət haqqı hesablanarkən son 12 ayın əməkhaqqısı cəmlənir, 12-ə bölünərək 1 aylıq əməkhaqqı (orta aylıq əməkhaqqı) tapılır və həmin məbləğ də 30,4-ə bölünərək 1 günlük məzuniyyət haqqı hesablanır. Əməkhaqqında isə bu hesablamada cari ayın iş günlərinin sayı əhəmiyyət kəsb edir. Belə ki, bir aylıq əməkhaqqı əsas tutulmaqla 1 iş gününə düşən əməkhaqqını tapmaq üçün cari ayın iş günlərinin sayı aylıq əməkhaqqına bölünür və 1 iş günü üçün əməkhaqqı tapılır.


Növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği


Misalla izah edək. Şəxsin aylıq gross əməkhaqqısı 1000 manat olduqda, onun 1 gününə düşən məzuniyyət haqqı 32,9 manat olacaq. Şəxs həftə sonundan başqa qeyri-iş günü olmayan aprel ayında məzuniyyət götürərsə, onun iş gününə düşəcək əməkhaqqısı 47,6 manat təşkil edəcəyi üçün onun həmin ay üzrə məzuniyyət gününün sayını həftəsonlarına daxil etməklə artırması məqsədəuyğundur. Belə ki, 15 məzuniyyət gününün 4-nü həftəsonuna daxil etməsi halında şəxsin məzuniyyət haqqı (15*32,9 m) 493 manat edəcək. Şəxsin itirəcəyi 10 iş gününə düşən əməkhaqqı isə 476 manat edəcək. Bu halda aydın olduğu kimi şəxsin məzuniyyət haqqı və aylıq əməkhaqqısı toplanmaqla sərfəli əməkhaqqı əldə etmiş olacaq.

Məzuniyyət götürülərkən məzuniyyətin günü, məzuniyyət götürüləcək ayın iş günlərinin sayı və məzuniyyət gününə düşən əməkhaqqını nəzərə almaq mütləqdir. Həmçinin məzuniyyət götürülərkən iki aya düşən məzuniyyət təqvimində hər iki ayın iş günlərinin sayı mütləq nəzərə alınmalıdır. Xoş istirahətlər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun