» » » 2019-cu ilin yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

2019-cu ilin yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ödənilməli olan vergilər2019-cu ilin yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli olan vergilər barədə YADDAŞ

2018-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz vergisi bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2018-ci ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

Sadələşdirilmiş verginin bəyannaməsi və Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Dövlət rüsumu haqqında hesabat

2019-cu ilin yanvar ayının 21-dək vergi orqanına təqdim edilməli, notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

  • 2018-ci ilin 4-cü rübünə görə sığortaedənlər tərəfindən

Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat
İşsizlik sığortası üzrə rüblük hesabat

2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış vergi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Digər vergi ödəyiciləri tərəfindən (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir

  • Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2018-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: 20.01.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.