» » » 2000 manat əmək haqqı ilə Maliyyə Direktoru tələb olunur

2000 manat əmək haqqı ilə Maliyyə Direktoru tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0
birbank biznes

Konfirom MMC 2000 manat əmək haqqı ilə Maliyyə Direktoru axtarır.

İş barədə məlumat

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsinə nəzarət, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə yoxlanılaraq təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını təmin edir
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib etməli
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etməli
  • Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir.
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etməli
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir
  • Namizədə görə əmək haqqı dəyişə bilər

Namizədə tələblər

  • İstehsal və satış sahəsində an azı 10 illik iş stajı olmalı
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilməli
  • Kompüter bilikləri:-Ofis proqramları (Word, Excel, İnternet, Outlook) yüksək səviyyədə bilməli
  • CV-lərin surəti əlavə olaraq bu ünvana göndərilsin. (nazila.abbasova@ mail.ru)
Şəhər: Bakı
Yaş: 30 – 50 yaş
İş təcrübəsi: 5 ildən artıq