» » » 1300 manat əmək haqqı ilə Baş mühasib tələb olunur

1300 manat əmək haqqı ilə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

“R.N.ACCOUNT KONSULTİNG AND BİZNES” MMC 1300 manat əmək haqqı ilə Baş mühasib axtarır.

İş barədə məlumat:

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət etmək
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını müəssisədə və təsisçisi olduğu digər törəmə müəssisələrdə təşkil etmək
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək
– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək
– Banklara müqaavilələr üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etməli
– İş qrafiki: 5/7, 09:00-dan 18:00-dək

Namizədə tələblər:

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli
– Vergi qanunvericiliyi bilmək
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

Yaş: 20 – 30 yaş

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Rəhim m

Telefon: (012) 440-36-68

E-mail: info@rna.az

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.