» » » 1200 manat məvaciblə Baş mühasib tələb olunur

1200 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

NVWorkCenter 1200 manat məvaciblə Baş mühasib axtarır.

Tələblər:

  • Təhsil: Ali – iqtisadi, biznesin idarə edilməsi;
  • İş stajı: Minimum 4-5 il, Mühasib və Baş mühasib kimi(tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcək )
  • Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla
  • Əmək məcəlləsi, vergi məcəlləsi;
  • İdarəetmə qabiliyyətlərinə malik olmalı;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyini bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri);
  • 1C 7.7 və 8.3 rəsmi mühasibatlığın işlənməsi, BTP, B1, B3 proqramları və Forma 2 ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Fərdi və kollektivdə işləmə qabiliyyəti;
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.

Vəzifələr:

  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi;
  • Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi;
  • Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Şənbə: 09:00-dan 18:00-dək
  • İstirahət günü – Bazar günü
  • Nahar verilir

CV əsasında seçiləcək.

Əmək haqqı: 1000-1200 AZN

Telefon: +994 (55) 712-12-07

Email: nv.workcenter@gmail.com

Ünvan: Hacı Murad küçəsi

Mənbə: www.day.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.