» » » 1000 manat əmək haqqı ilə mühasib tələb olunur

1000 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

“Ado-g” MMC 1000 manat əmək haqqı ilə mühasib axtarır.

İş barədə məlumat:

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
  • Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
  • İşçilərlə hesablaşmaların təmin edilməsi;
  • Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi;
  • Maliyyə, Vergi və İdarəetmə uçotunun düzgün aparılması;
  • Gəlir və xərclərə nəzarət;
  • Həftə ərzində 6 iş günü (Şənbə qısaldılmış iş günü 09:00-dan 13:00-dək);
  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • 1C 8.3. və ya 8.2. platformasında təcrübə mütləqdir;
  • Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dili əla səviyyədə.

Əmək haqqı: 700-1000 AZN

Əlaqədar şəxs: Rzalı Zəhra

Telefon: (055) 525-76-16 / (012) 565-22-15,3069

Mənbə: boss.az

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@ado-g.com elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasib” şəklində göstərilməsi xahiş edilir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.