» » » Xəzinədarın əmək funksiyası nədir və nələri bilməlidir?

Xəzinədarın əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: Uncategorized | 0
birbank biznes

Əmək funksiyası. Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir. Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır. Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.

Bilməlidir: kassa əməliyyatını aparmaq üçün əsasnamə, təlimat, rəhbər materialları və başqa normativ sənədləri; kassa və bank sənədlərinin formalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, hesabı və mühafizəsi qaydalarını; mədaxil-məxaric sənədlərinin rəsmiləşdirmə qaydalarını; dövlət bankı tərəfindən müəssisə, idarə və təşkilatlar üçün təyin edilmiş kassada olan qalıqların limitini, onun mühafizəsinin təmin olunma qaydasını; kassa kitabçasının aparılması və kassa hesabatının tərtibi qaydasını; hesablama texnikasının istismarı qaydasını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və xüsusi təlim;

3-cü dərəcə: xəzinədar vəzifəsini yerinə yetirdikdə;

4-cü dərəcə: böyük xəzinədar vəzifəsini yerinə yetirdikdə.