» » » Xərc kimi tanınma

Xərc kimi tanınma

posted in: Uncategorized | 0
birbank biznes

Ehtiyatlar satıldıqda, həmin ehtiyatların balans dəyəri onların satışı ilə bağlı müvafiq gəlir tanındığı dövrdə xərc kimi tanınmalıdır. Ehtiyatların balans dəyərinin mümkün xalis satış dəyərinədək hər hansı azalma məbləği və ehtiyatlar üzrə bütün itkilər bu azalmanın və ya itkinin baş verdiyi dövrdə xərc kimi tanınmalıdır. Mümkün xalis satış dəyərinin artması ilə əlaqədar olaraq, ehtiyatların hər hansı silinmiş dəyərinin hər hansı bərpa məbləği ehtiyatların məbləğinın bərpası dövründə xərc kimi tanınmış miqdarın azalması kimi tanınmalıdır.


Məsələn, müəssisənin daxili imkanlar hesabına inşa edilmiş torpaq, tikili və avadanlıqların komponenti kimi istifadə edilmiş bəzi ehtiyatlar digər aktivlərin hesabına aid edilə bilər. Bu yolla digər aktivlərə aid edilmiş ehtiyatlar bu aktivin istismar müddəti ərzində xərc kimi tanınır.