» » » Vergi Ödəyicilərinin Dövlət Qeydiyyatı və Uçotu

Vergi Ödəyicilərinin Dövlət Qeydiyyatı və Uçotu

posted in: Vergi | 0
birbank biznes

VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTU
Vergi nəzarətini həyata keçirmək məqsədilə hər bir vergi ödəyicisinə Azərbaycan Respublikasının ərazisində vahid olan və vergi ödəyicisi tərəfindən mühasibat, statistika, vergi və digər sənədlərdə hökmən göstərilməli olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Vergi uçotuna hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haq- qında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), Azərbaycan mənbəyindən gəlir əldə edən və bu gəlirdən ödəmə yerində vergi ödəməyən qeyri-rezidentlər həmin gəlirin alındığı yer üzrə, rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə faliyyət göstərdiyi yer üzrə alınırlar.

Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olarsa, həmin təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alınır və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.

Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin sərbəst balansa, cari və ya başqa hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və müvafiq olaraq onlara VÖEN verilir.

Büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənar- da yerləşən bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.

E-qeydiyyat
Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron formada vergi uçotuna alınması (E- qeydiyyatı) məqsədilə Vergilər Nazirliyinin wwww.taxes.gov.az internet saytının “Xidmətlər” bölməsinin müvafiq olaraq Fiziki şəxslərin vergi uçotuna alınması” və “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” xidmətlərindən istifadə edilə bilər.

Fiziki şəxslərin e-qeydiyyatı:
Tələb olunan sənəd: şəxsiyyət vəsiqəsi, gücləndirilmiş elektron imza.

Prosedur: İnternet Vergi İdarəsi”nin “Giriş” alt bölməsindən “Onlayn kargüzarlıq” seçilir —► elektron forma doldurulur

—►”İcra” düyməsi sıxıldıqdan sonra F/Ş e-qeydiyyatı sistem tərəfindən həyata keçirilir.

Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı:
Tələb olunanlar: “Mobil imza” və ya elektron imza kartı və kart oxuyucu qurğu.

Prosedur: “İnternet Vergi İdarəsi”nin “Giriş” alt bölməsindən “Onlayn kargüzarlıq” seçilir —► elektron forma doldurulur —►

“Elektron ərizə”, “Nizamnamə” və “Qərar” Sistem tərəfindən avtomatik generasiya olunur, “Gələnlər” qovluğuna düşür —► “Elektron ərizə”, “Nizamnamə” və “Qərar” e-imzalayıcı proqram vasitəsilə imzalanır —► umzalanmış sənədlər “Onlayn kargüzarlıq”da “Ərizənin göndərilməsi” bölməsindən sistemə daxil edilir, “H/ş elektron qeydiyyatı” seçilir, sonra “Qəbul” düyməsi sıxılmaqla, H/Ş e-qeydiyyatı sistem tərəfindən həyata keçirilir.

VERGİ UÇOTUNA ALINMAQ ÜZRƏ ÖHDƏLİYİN YARANMASI
Vergi orqanları tərəfindən dövlət qeydiyyatına alınan hüquqi şəxslərə, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiqedən şəhadətnamə hesab edilir.

Naxçıvan MR ərazisi istisna olmaqla, Azərbaycan Respublikası- nın ərazisində təsis edilən xarici investisiyalı kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayən- dəliklərinin, habelə maliyyə-sənaye qruplarının, bankların, investisiya fondlarının, sığorta, auditor təşkilatlarının dövlət qeydiyyatı mütləq qaydada Bakı şəhərində yerləşən Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparılmalıdır.

Vergi orqanlarında uçota alınmaq üçün qeyri-kommersiya hüqu- qi şəxsləri, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları tərəfindən onların olduğu, fiziki şəxslər tərəfindən yaşadığı, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanına ərizə verilir.

Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir.

Daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respub- likasında fəaliyyətə başladıqdan, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə verməlidirlər.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTA ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Vergi orqanları tərəfindən dövlət qeydiyyatına alınan hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri təsisçi (təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiq olunmuş “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”yə aşağıda qeyd olunan sənədləri əlavə etməklə vergi orqanına müraciət etməlidirlər:

Yerli investisiyalı kommersiya hüquqi şəxslər:
•  “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;

•  təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;

•  “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;

•   təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

• qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

• qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;

• “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));

• “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

• qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• hüquqi ünvanını təsdiq edən sənəd;

• dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);

• məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.);

• nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;

• ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəs;

• etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda);

• bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd.

Xarici investisiyalı kommersiya hüquqi şəxslər:
• “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;

• təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

• “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;

• qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

• qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;

• təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla);

• təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd (leqallaşdırılmaqla);

• “Müşahidə şurasının üzvləri barədə məlumat” (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyəti təsdiq edən sənədlərin surətləri əlavə edilməklə));

• “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

• qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• hüquqi ünvanını təsdiq edən sənəd;

• dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);

• məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.);

• nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;

• ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;

• etibarnamə (ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda);

• bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd.

Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri- kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı Ədliyyə Nazirliyində həyata keçirildiyindən sonra həmin şəxslər vergi orqanına ərizə ilə müraciət etdikdə aşağıdakı sənədləri təqdim edirlər:

• “Təsisçi-fiziki şəxslər barədə məlumat”;

• təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

•“Təsisçi-hüquqi şəxslər barədə məlumat”;

• “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

•  “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan qeyri-kommersiya hüquqi şəxs olduqda);

•     dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnamənin (və ya əsasnamənin) notariat qaydasında təsdiq edilmiş surəti;

•  rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədin surəti;

•  hüquqi şəxsin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

•  olduğu yer (ünvanı) haqqında məlumat;

•  ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;

•  etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda).

Vergi ödəyiciləri olan qeyri-kommersiya hüquqi şəxslər onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar.

Fiziki şəxslər vergi orqanında uçota alınmaq üçün aşağıdakı sənədləri təqdim edirlər:
•  “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”;

•  şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti;

•    Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin informasiya sistemindən fotoşəkilin proqram təminatına ötürülməsi texniki səbəblərdən mümkün olmadıqda 25X30 mm ölçüdə 2 ədəd rəngli fotoşəkil;

•     ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti;

•   18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı;

•   “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə).

Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, fiziki şəxslərin vergi orqanında vergi uçotuna alınması sənədlər daxil olduğu gündən sonrakı 1 gündən, vergi orqanları tərəfindən dövlət qeydiyyatına alınan hüquqi şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının vergi orqanında dövlət qeydiyyatına və müvafiq olaraq vergi uçotuna alınması sənədlər daxil olduğu gündən sonrakı 2 iş günündən gec olmayaraq həyata keçirilir. İnternet Vergi İdarəsi” vasitəsilə fiziki şəxslərin e-qeydiyyatı və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı isə 1 gündən gec olmayaraq həyata keçirilir. Vergi ödəyicisinə onun vergi uçotuna alınmasını təsdiq edən sənəd kimi şəhadətnamə verilir. Bu sənəd vergi ödəyicisinə bir dəfə verilir, həmin şəxsin vergi ödəyicisi olduğu dövr ərzində onda saxlanılır. Yalnız şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, vergi ödəyicisi vergi orqanına müraciət edərək üzərində müvafiq qeyd aparılan yeni nüsxə ala bilər. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verilməlidir.

Vergi orqanına uçota alınmaq üçün təqdim etdiyi ərizədəki məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi ödəyicisi vergi orqanına məlumat verməlidir. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Xatırladaq ki, uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

VERGİ ÖDƏYİCİSİNİN BANK HESABLARININ AÇILMASI
Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir.

Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir.

Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir və vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır.

Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər, maliyyə sanksiyaları üzrə borcu olmadıqda verilir.

Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanlarında uçota alınması haqqında şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla).

Bank hesabları yalnız şəhadətnamə-dublikatda göstərilən banklarda (bankın filialında) açılır.

VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTDAN ÇIXARILMASI
Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fiziki şəxsin fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.

Hüquqi şəxsin ləğv olunması aşağıdakı hallarda həyata keçirilir:

a)  qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul olunduqda;

b) hüquqi şəxsin təşkilati-hüquqi forması dəyişdikdə;

c) hüquqi     şəxsin     mülkiyyət     mənsubiyyəti     dəyişdikdə; ç) hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin

nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;

d)   lazımi lisenziya olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda:

e) məhkəmənin qərarı ilə;

ə) müflis olma nəticəsində.

Hüquqi şəxsin, filial və ya nümayəndəliyin ləğvi və ya yenidən təşkili haqqında qərar qəbul edildikdə (bu qərardan ən çoxu 20 gün əvvəl bütün kreditorlannın tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat qəbul edilir) ləğvetmə komissiyası (təsviyəçi) təyin edilməli, həmin gündən sonra 10 gün müddətində müvafiq mətbu nəşrdə onun ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat dərc edilməli, həmin hüquqi şəxsin ləğv prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qeyd edilən gündən sonra 15 gün müddətində bu hüquqi şəxsin dövlət qeydiyyatını həyata keçirən orqana ərizə təqdim edilməli, ərizəyə isə ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, ləğv edilməsi və kreditorlarınm tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd və möhür əlavə etməlidir. Təqdim edilmiş sənədlərdə çatışmamazlıqlar aşkar edilmədikdə 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir.

Ləğvetmə komissiyası (təsviyəçi) qalıq əmlakın bölüş- dürülməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün həmin hüquqi şəxsin dövlət qeydiyyatını həyata keçirən orqana ləğvetmə balansı, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakm iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd, onun nizamnaməsinin (əsasnaməsinin) və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli, üzərində “ləğv prose- sindədir”yazılmış möhürü, 2008-ci il 1 yanvar tarixədək vergi uçotunda dayanmışdırsa, vergi şəhadətnaməsi, səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin arayışı, hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə isə onun ləğvetmə qəran, ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd və möhür, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində “ləğv prosesindədir” yazılmış möhür, səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin arayışı ilə birlikdə təhvil aktı və ya bölünmə balansı, qeydiyyat və ya vergi şəhadətnaməsi, nizamnaməsi (əsasnaməsi) və ya möhürü itmişdirsə, itmiş sənədin və ya möhürün etibarsız hesab edilməsi barədə mətbuatda dərc edilmiş müvafiq elan təhvil verilməlidir.

Dövlət qeydiyyatını həyata keçirən orqanına təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanılaraq, çatışmamazlıqlar aşkar edilmədikdə sənədlərin təhvil alındığı tarixdən 7 gün müddətində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması təmin edilir.

Ləğvetmə komissiyası (təsviyəçi) müəyyən edilmiş müddətdə vergi orqanına ləğv bəyannaməsini də verməyə borcludur.

Ləğvetmə proseduru vergi ödəyicisi tərəfindən büdcəyə və büdcədənkənar fondlara olan borclar tam ödənildikdən sonra başa çatmış hesab olunur və o, uçotdan çıxarılır.

Fiziki şəxsin VOEN-nin ləğvi onun vəfatı zamanı, fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda mümkündür. Fəaliyyətinin dayandınlması onların uçotdan çıxanlmasına əsas vermir.

MALİYYƏ SANKSİYALARI VƏ İNZİBATİ CƏRİMƏLƏR
Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinə vergi uçotu ilə bağlı qanun pozuntularına, yəni qanunla müəyyən edilmiş müddətdə vergi orqanlarında uçota alınma və olduğu yer barədə ərizə verilməməsinə və uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı fılial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktlarm sonrakı dəyişikliyinin qeydiyyata almması üçiin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş müddətdə və qaydada müraciət olunmamasma görə vəzifəli şəxslərə 1000 manatdan 2000 manatadək, hüquqi şəxslərə 2500 manatdan 3000 manatadək miqdarda inzibati cərimə tətbiq edilir.