» » » Vətəndaşların məzuniyyət hüququ

Vətəndaşların məzuniyyət hüququ

posted in: Uncategorized | 0
birbank biznes

Azərbaycan Respublikası vətəndaşlarının konstitusiya hüququ olan istirahət hüququnun qanunvericiliklə təmin edilməsi məqsədi ilə bu Qanun işçilərin normal istirahəti, əmək qabiliyyətinin möhkəmləndirilməsi, sağlamlığının mühafizəsi və bərpası, uşaqlarının tərbiyəsi və fizioloji tələbatının təmin edilməsi, həmçinin vətəndaşların təhsil hüququnun həyata keçirilməsi üçün məzuniyyətlərdən istifadə hüququnu və qaydasını tənzimləyir.

Qanun Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına uyğun olaraq, bütün növ məzuniyyətlərin minimum müddətlərini müəyyən etməklə yanaşı, kollektiv müqavilələrin (sazişlərin) və ya fərdi əmək müqavilələrin (kontraktların) şərtlərinə əsasən işverənlərə həmkarlar ittifaqları və ya əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi üçün işçilərin birləşdikləri digər nümayəndəli təşkilat (bundan sonra «həmkarlar ittifaqı» adlanacaq) ilə birlikdə işçilərin məzuniyyət hüquqlarını qanunvericilikdə nəzərdə tutulan müddəalara nisbətən genişləndirmək səlahiyyətlərini təsbit edir.

Vətəndaşların məzuniyyət hüququ

Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda (bundan sonra «müəssisələr» adlanacaq) işverənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və fərdi əmək müqaviləsinin (kontraktının) müddətindən asılı olmayaraq, bu Qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müəssisələrində işverənlərlə əmək münasibətlərində olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də məzuniyyət hüququna malikdirlər.

Qanunvericiliklə müəyyənləşdirilən hallar istisna olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir.

İşçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən fərdi əmək müqavilələrinin (kontraktlarının) şərtləri etibarsız sayılır.