» » » Təsisçi natural şəkildə borc verdikdə hansı vergi öhdəlikləri yaranır?

Təsisçi natural şəkildə borc verdikdə hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi olan fiziki şəxs cəmiyyətə mal şəklində borc verə bilərmi? Əgər mümkündürsə bu cür malların borc kimi alınmasını təsdiq  edən sənədlər hansılar olacaqdır?

Cavab: Bildiririk ki, fiziki şəxs mülkiyyətində olan maddi və qeyri-maddi əmlaka sərəncam vermək, o cümlədən borc vermək hüququna malikdir.

Sorğunuzda qeyd etdiyiniz halda tərəflər arasındakı münasibət borc müqaviləsi ilə rəsmiləşdirilə bilər.

Belə ki, mülki qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər qanunvericiliyə zidd olmayan hər hansı şərtləri qoymaqla öz hüquq və vəzifələrini müqavilə əsasında müəyyənləşdirir. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması olaraq bağlanır.

Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Müvafiq rəsmiləşdirmə aparılmadan borcun verilməsi uçotsuz qiymətlilərin əmələ gəlməsinə dəlalət edir, bu da öz növbəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqinə əsas verir.

Bax: Vergi Məcəlləsinin 58.8-ci maddəsi, Mülki Məcəlləsinin 6.2-ci, 389-cu, 398-ci və 739.1-ci maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *